Yaddas kitabcasi

İsmayıllı Rayon Gənclər və İdman idarəsinin əməkdaşları veteran idmançılarla görüşüb.

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejimi ilə əlaqədar bəzi vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq 65 yaşdan yuxarı olan veteran idmançılar ziyarət edilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tövsiyyəsinə uyğun olaraq və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşularaq İsmayıllı Rayon Gənclər və İdman idarəsinin əməkdaşları veteran idmançılarla- Hacı Hikmət Əhmədov,Rasim Yusifov və Zöhrab Vahabovla görüşüb,onların qayğıları ilə maraqlanıblar.
Veteran idmançılar bugünkü təminatlı həyatlarına görə Cənab Prezidentə minnətdarlıqlarını bildiriblər.

Şərh Yaz