Məhsulun yüksək olacağı gözlənilir

İsmayıllı rayonunun İvanovka kəndindəki “Nikitin” adına kolxozda arpa və buğda əkilmiş 5000  hektar sahənin 3700 hektarında herbisid səpini başa çatdırılmaq üzrədir.

Hazırda əlverişli hava şəraitindən yararlanmağa çalışan kənd zəhmətkeşləri günəbaxan əkilməsi məqsədi ilə 33 hektar sahədə şum çıxarırlar.

Mütəxəssislərin fikrincə bu il taxıl əkilən sahələrinin hər hektarından 35 sentiner, günəbaxan əkilən sahələrin hər hektarından isə 12 sentiner məhsul əldə etmək mümkün olacaqdır.

Kənddə müasir tipli toxum anbarı da tikilməkdədir. Kolxozun həm də toxumçuluq təsərrüfatı kimi formalaşdırılması üçün tikilən anbarda 10 min tondan çox toxumun saxlanılmasına imkan yaranacaqdır.

Şərh Yaz