Biz birlikdə güclüyük!!

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!
Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük həyəcana səbəb olub. Bu bəlanın qarşısını almaq üçün Sizin səmərəli, qabaqlayıcı tədbirlər görməyiniz ölkəmizin bu bəladan az itkilərlə çıxacağına əminlik yaradıb.
Cənab Prezident, dövlətimizi, Vətənimizi, xalqımızı sevən, parlaq gələcəyi və ideyaları olan İsmayıllı gəncləri adından bildirmək istəyirik ki, Sizin hər zaman vurğuladığınız kimi, əsrlər boyu yaşatdığımız milli-mənəvi dəyərləri qoruyaraq bu çətin günlərdə tövsiyənizlə köməyə və yardıma ehtiyacı olan böyüklərimizin, xəstə və fiziki məhdudiyyətli şəxslərin, tənha yaşayan nənə və babalarımızın hər zaman yanındayıq.
Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz sayəsində ölkəmizdə virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və xəstəlik nəzarətdə saxlanılır. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sahəsində gücləndirilmiş iş rejiminə keçildi.
Biz Sizin çağırışlarınızın və qərarlarınızın məsuliyyətini yaxşı anlayırıq. Sizi əmin edirik ki, etimadınızı doğrultmaq üçün daim – yorulmadan, böyük əzm və səylə çalışacağıq. Çünki dediyiniz kimi: Biz birlikdə güclüyük!


Hörmətlə:
Faxtiyev İsmayıl Əliyar oğlu
İsmayıllı rayonu

Şərh Yaz