Lahıc ustaları sənətlərini evdə davam edirlər

Lahıc ustaları sənətlərini evdə davam edirlərBu gün respublikanın şəhər və rayonlarında karantin rejimi tətbiq olunduğundan insanlar evdə qalırlar.
Məhz bu səbəbdən İsmayıllı rayonun Lahıc qəsəbəsində el sənəti ilə uşaqlıqdan məşğul olan bir necə sənətkar sevdiyi sənəti ev şəraitində davam etdirir.
Sənətkarların sözlərinə görə, sənətdən ayrılmaq olmur. Sənətlər var ki, onların istər ev, istərsə də sex şəraitində görülməsində fərq yoxdur. İndi bir fərq var ki, o da turistlərin, alıcıların olmamasıdır. Sexdə indikindən az iş görürdük. Vaxtımızın bir hissəsini gəlib-gedənlərlə söhbətə sərf edirdik. Həftədə bir-iki iş görə bilirdik. Amma karantin dövrü olduğundan vaxtımızı tamamilə işə sərf edirik. Ev şəraitində daha çox əl işi hazırlanır. Papaqlar tikir xalçalar toxuyur, digər işlərlə məşğul oluruq.
El sənətkarları onu da qeyd edilər ki, “Evdə Qal” o demək deyil ki, evdə otur, heç bir iş görmə. Evdə qalmaqla indiyə qədər vaxt tapıb görə bilmədiyin işləri də görmək vaxtıdır. Evdə qalmaqla el sənətini davam etdirməyimiz elə, sənətə bağlılığımızdır.
El sənətini yaşadan misgər Nəzər Əliyevə, yəhər ustası Babil Məmmədova, papaqçı Abdulla Dadaşova karantin başa çatdıqdan sonra bol müştəri arzulayırıq.

Şərh Yaz