Yaddas kitabcasi

Coğrafiya biliciləri müsabiqəsi

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində coğrafiya müəllimi Ruhiyyə Camaləddinovanın təşkilatçılığı ilə fevral ayı ərzində keçirilən “Dünyamızı tanıyaq” çoxmərhələli yarışma qaliblərinin mükafatlandırılması keçirilib.
Yarışın nəticələrinə görə birinci yerə VI a sinif şagirdi Tərlan Gəncizadə, VI b sinif şagirdi Faiq Əliyev, ikinci yerə, IX c sinif şagirdləri Şəhla Dəmirova, Səma Abbasova, üçüncü yerə isə VI b sinif şagirdi Səməd Əliyev və VI c sinif şagirdi Sadiq Bağırov layiq görülüblər.

Qaliblər qiymətli hədiyyələr və Fəxri fərmanlarla təltif olunublar.
Tədbirin sonunda məktəbin direktoru E.Məmmədov qalibləri təbrik edib, belə yarışların əhəmiyyətindən söz açıb. Yarışmanın təşkilinə və keçirilməsinə görə coğrafiya müəllimi R.Camaləddinovaya təşəkkür edib, şagirdlərə təhsildə və həyatda uğurlar arzulayıb.

Sevinc Mirzəyeva

 

Şərh Yaz