Yaddas kitabcasi

Koronovirusa qarşı profilaktik tədbirlər aparılıb

İsmayıllıda koronovirus xəstəliyinə qarşı mübarizə tədbirləri – profilaktiki işlər geniş miqyasda aparılıb. Bütün təhsil müəssisələrini, idman zallarını, Olimpiya-İdman Kompleksini, idman qurğularını, insanların daha çox toplaşdığı qapalı yerləri bu tədbirlər əhatə edib.
Bu məqsədlə İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi Respublika GEM-i tərəfindən lazımi dizinfeksiyaedici maddə və avadanlıqlarla təmin olunub.

Rayon GEM-i dizinfeksiya tədbirlərinin icrası üçün 3 briqada yaradılıb və briqada üzvləri təlimatlandırılıb.

Rayonun 76  məktəbində, 11 uşaq bağçasımda, Ağdam, Şuşa və Laçın qaçqın məktəblərində, məktəbdənkənar təhsil müəssisələrində, kütləvi tədbirlərin keçirildiyi binalarda İsmayıllı Peşə Tədris Mərkəzində, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində, Uşaq İncəsənət Məktəbində, digər idarə və müəssisələrdə, inzibati binaların bütün sahəsi əhatə olunmaqla dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri başa çatdırılmaq üzrədir.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz