Könüllülər yeni ünvanda
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə İsmayıllı gəncləri daha ürəkdən qoşulublar.
İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri şəhid ailələri, məcburi köçkünlər, xüsusi qayğıya ehtiyacı olan ailələrlə, tənha, ahıl insanlarla tez-tez görüşür və onlara köməyə ehtiyac olan işlərdə təmənnasız xidmətlər göstərirlər.
Gənclər iş prosesindən sonra ailələr ilə çay süfrəsi arxasında səmimi söhbətlər edir, öz həyat hekayələrini qruplarındakı gənc könüllülərlə bölüşürlər.
Təşəbbüs çərçivəsində könüllülər qısa vaxtda 7 ailənin qonağı olub. Onlar heç də özlərini qonaq kimi aparmayaraq, bir günlük də olsa ev sahiblərinin qayğısını çəkiblər.
Gənclərin İnkişaf və Karyera Mərkəzi işgüzarlıq və xeyirxahlıqda fərqlənmək istəyən gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulmağa dəvət edir.
Şəhanə Muradova,
mərkəzin könüllüsü