Ehtiyacı olanlara qayğı

“Əl tutmaq Əlidən qalıb”, – deyərək, İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) könüllüləri “Könüllü qonaq” təşəbbüs ilə yaşlı İsmayıllı sakininin qonağı olublar.

Mərkəzin könüllüləri İsmayıllının şəhid, məcburi köçkün, tək yaşayan yaşlı, ahıl, xüsusi qayğıya ehtiyacı olan ailələri seçərək tanış olurlar.

Qureyiş nənə ömrünün 50 ilini müəllim kimi işləyib, ən gözəl günlərini elm və təhsilə həsr edib. GİKM gəncləri əvvəlcə yaşlı nənə üçün bazarlıq edib meyvə, şirniyyat alıblar. Daha sonra gənclər Qureyiş nənənin evində təmizlik işləri aparıb, bağında  abadlıq işləri görüb, güllər əkib, səliqə-sahman işləri həyata keçiriblər. İş prosesi sonrası gənclər nənə ilə çay süfrəsində səmimi söhbətlər edib və bu əsnada yaşlı İsmayıllı sakini öz həyat hekayələrini gənc könüllülər ilə paylaşıb.

“Könüllü qonağ”ın  ilkin ideyası 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar bütün sahələrdə könüllülük ideologiyasının birmənalı və kütləvi şəkildə tətbiqi və bu istiqamətdə müxtəlif uğurlu layihələrə imza atılmasından sonra yaranmışdır.

adət Rəhimova,

KM-nin köllü

Şərh Yaz