Könüllülər Xalça fabrikində

Bir neçə gün əvvəl İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Peşəkarla yan-yana” adlı layihə həyata keçirilib. 
Layih
ənin icrasında əsas məqsəd gənclərin gələcək karyera seçimlərində onlara yaxından dəstək olmaq və bu istiqamətdə mümkün köməkliyi göstərməkdir. 
Layih
ə çərçivəsində gənc könüllülər İsmayıllıda tikilmiş ikinci Xalça fabrikində olub, fabrikin iş prosesi, ümumi mühitlə yaxından tanış olublar. Gənclər xalça toxuma işində iştirak ediblər.

 Onlarla qədim el sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi barədə söhbət aparılıb.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz