Yaddas kitabcasi

Treninqlər başa çatıb

2019-cu ilin dekabr ayının 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarına əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində noyabr ayının 25-də başlanan treninqlər ayın 30-da başa çatdırılıb.

Treninqləri 86 saylı DSK-nın baş məsləhətçisi Eldar Əliyev, böyük məsləhətçi Səxavət Ağayev və digər  komissiya üzvləri keçiriblər.

Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, onların seçkilərə dair bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən treninqlərdə 402 nəfər məntəqə seçki komissiyasının üzvü iştirak edib.

Yüksək səviyyədə keçirilən treninqlərdə müzakirələr zamanı meydana çıxan suallar cavablandırılıb.

Yaqub Hacıyev,

86 saylı İsmayıllı DSK-nin katibi

Şərh Yaz