Vətənə, dövlətə, ailəyə sədaqət andı

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi rayonda keçirilən tədbirlərin sırasını genişləndirməkdə davam edir. 9 Noyabr – Dövlət Bayrağı Günü ərəfəsində  Gənclər və İdman İdarəsi və İsmayıllı Rayon Qeydiyyat Şöbəsi ilə birgə keçirdiyi nigah mərasimi belə maraqlı tədbirlərdən biri olub. Heydər Əliyev Mərkəzinə dəvət olunan nikaha daxil olan cütlük Dövlət bayrağı önündə  Vətənə, dövlətə, ailəyə sədaqətli olacaqlarını ifadə ediblər. Cütlüyə bayraq hədiyyə edilib.
Mərasimin gedişində gənclərin valideynləri, əzizləri, nigah şahidləri və rayonun fəal gəncləri iştirak edib.

Gənclərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən başladılan aksiyanın əhəmiyyəti barədə məlumat verilib.

Tədbirdə çıxış edənlər nigaha girənlərə xoş arzularını çatdırıblar.
Gənc ailənin üzvləri, valideynlər gözəl təşəbbüsə görə təşkilatçılara minnətdarlıq ediblər.

“İsmayıllı xəbərləri”

Şərh Yaz