Yaddas kitabcasi

Dövlət Bayrağı və Konstitusiya günləri təntənə ilə qeyd olunub

Noyabr ayının əvvəlindən başlayaraq İsmayıllıda Dövlət Bayrağı gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu ərəfədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Xaçmaz şəhərində keçirdiyi “Vətənin müdafiəsinə hazıram” hərbi idman oyunları üzrə Respublika yarışında İsmayıllı komandası rayon komandaları arasında birinci yeri tutub.

İsmayıllı Olimpiya-İdman Kompleksində “Açıq qapı” günü keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin iştirakı ilə mini-futbol yarışı keçirilib. Şəhərin küçələri, meydanları, çoxsaylı binalar Dövlət Bayraqları ilə bəzədilib.
8 noyabr 2019-cu il tarixdə rayonun zirvə tədbiri olaraq 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
İştirakçıların bir qrupu tədbirdən əvvəl ümummilli liderin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbir keçiriləcək məkanın – Uşaq və Gənclərin İnkişafı Mərkəzinin binasının önündə hər iki tarixi günə həsr olunmuş fləşmob və rəsm sərgisi nümayiş etdirilib.
Dövlət bayramlarının keçirilməsi üçün müəyyən edilmiş salon bayraqlar və ümummilli liderin hikmətli sözləri ilə bəzədilmişdi.
Təntənəli tədbiri giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, tarixi günlər münasibəti ilə iştirakçıları təbrik edib. Dövlət Himni səslənib.
İsmayıllı Rayon Məhkəməsinin sədri Rafayel Şirinov Dövlət Bayrağı və Konstitusiya günləri ilə əlaqədar məruzə edib.
Millət vəkili, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanovun və millət vəkili Tahir Kərimlinin təhlili çıxışları dinlənilib. Deputatlar  iştirakçıların timsalında bütün rayon əhalisinə Dövlət Bayramları münasibətilə təbrik ünvanlayıblar.
YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova və İsmayıllı Rayon Gənclər  İdarəsinin rəisi Taleh Salehov Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunmuş idman tədbirlərində qalib gələnlərə diplom, kubok, hədiyyə və mükafatları təqdim ediblər.
Rayon Mədəniyyət Mərkəzinin hazırladığı səfərbəredici bədii proqram nümayiş etdirilib.

Gülər Baxışova

 

Şərh Yaz