Ölməzlərin ruhu ehtiramla anılıb

9 Noyabr – Azərbaycan Respublikası Dövlət Bayrağı Günündə İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin 5 C sinfi və 9 Ç siniflərinin bir qrup şagirdi Bakı şəhərinə ekskursiya təşkil edərək, ümummilli lider Heydər Əliyevin məzarını, eləcə də Azərbaycan Bayrağını uca tutan şəhidlərimizi ziyarət ediblər.  Ziyarətçi şagirdlər bayrağımızı sevə-sevə dalğalandırıb, Ulu öndərin şəhidlərimizin müqəddəs ruhlarını ehtiramla yad ediblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz