Müsabiqə keçirildi

Məlumdur ki, uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarını öyrətmək, istedadlı uşaqları üzə çıxarmaq və onlara dəstək olmaq, yetişməkdə olan gənc nəsli vətənpərvərlik ruhunda tərbiyələndirmək, uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən bir neçə ildir ki, “Fövqəladə Hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsi keçirilir.

Buna uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 18 noyabr 2010-cu il tarixli, 123 nömrəli əmri ilə təsdiq edilmiş “Fövqəladə Hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsasnaməyə uyğun şəkildə keçirilməsi üçün RTŞ-də təşkilat komitəsi yaradılmış, seminar təşkil edilmiş, yerlərə metodik məktub göndərilmişdir.

Tədbirlər Planına uyğun olaraq 05 noyabr 2019-cu il tarixdə UGİM-də müsabiqənin rayon turu keçirilmişdir. Müsabiqədə 45 ümumtəhsil məktəbi və bir məktəbdənkənar müəssisə iştirak etmişdir.

Müxtəlif nominasiyalar – rəsm, plakat, yumşaq oyuncaq, əl işi, modellər üzrə 24 qalib iş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinə göndərilmişdir.

Rəna Mirzəliyeva,

İsmayıllı RTŞ-nin metodisti

 

Şərh Yaz