Layihə könüllüləri birləşdirir

“Könüllülər Yurdu – Azərbaycan” layihəsi üzrə noyabr ayının 2-də Qəbələ şəhərində sayca 6-cı tədbir keçirilib.
Tədbirə İsmayıllı, Qəbələ və Göyçay rayonlarından olan gənclər cəlb olunublar. Toplantıda gənclər  arasında könüllülük fəaliyyətinin geniş təbliği, onların asudə vaxtının səmərəli istiqamətində söhbət aparılıb. Bunlarla yanaşı gənclərə fərdi və intellektual potensiallarının artırılması üçün yaradılan imkanlar müəyyənləşdirilib, onlara ölkəmizdə könüllülük hərəkatının daha da genişləndirilməsi ilə bağlı vacib məlumatlar verilib.
Sözü gedən layihənin icrası “Asan xidmət”, “Asan könüllüləri” təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə tərəfdaşlığı ilə reallaşıb.
Tədbirdə iştirak edən könüllülərə sertifikatlar təqdim olunub.

“İsmayıllı xəbərləri”

Şərh Yaz