İntellektual oyunların İsmayıllı turu maraqlı keçib

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu, Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ikinci seçim turu keçirilib.
Layihəyə 14-29 yaş arası gənclər qatılıb. 6 regionda təşkili nəzərdə tutulub. 120-yə yaxın komanda birincilik uğrunda mübarizəyə qatılıb. Mərhələlər üzrə seçim turlarının qalib komandaları finalda qarşılaşacaqdır.

“Nə? Harada? Nə zaman?” oyunu üzrə II Regionlar Kubokunun keçirilməsində məqsəd regionlarda gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual inkişaflarının təmin olunması, intellektual potensialının artırılması, savadlı, istedadlı gənclərin aşkarlanması və situmullaşdırılması, həm də intellektual oyunların  ölkəni tam əhatə etməsinə nail olmaqdır.
İsmayıllıda keçən seçim turunda 15-ə yaxın komanda, 100-ə yaxın şagird mübarizə aparıb. Ən yaxşı nəticə göstərən komandalar Şəki şəhərində keçiriləcək final oyununa vəsiqə qazanıb.

Şərh Yaz