Kurslar müvəffəqiyyətlə başa çatdı

Oktyabrın 15-17-də 86 saylı İsmayıllı DSK-nın üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslar keçirilmişdir.

Bələdiyyə seçkilərinin hazırlayıb keçirilməsi səlahiyyətlərini icra edən dövlət orqanı kimi Mərkəzi Seçki Komissiyasının fəaliyyətində maarifləndirmə işinin təşkili mühüm yer tutur. Seçki siyahıları çox mühüm seçki sənədi olmaqla il boyu fasiləsiz işlənir, yenilənir, seçki komissiyaları tərəfindən ictimailəşdirilir.

Bildiyimiz kimi, seçki məntəqələrində hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təlimatları üzrə aparılır. Maarifləndirmə, ixtisaslaşdırılmış kurslar təşkil olunaraq geniş diskussiyalar aparılmışdır. “Tədris cədvəli” əsasında üç günlük kurslarda rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması, bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda çıxış etmişdir.

Tədris cədvəlinə uyğun olaraq kursun ikinci günü  “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” mövzusunda rayon məhkəməsinin sədri Rəfayel Şirinov geniş danışmışdır.

DSK-nın sədri Əlirəmzi Məhərrəmov və DSK-nın üzvləri birlikdə seçici siyahıları ilə iş qaydası üzrə seminar olmuşdur. Mərkəzi Seçki Komissiyasının nümayəndəsi  Nizami Nadirov  “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq  və vəzifələri”.  Mövzusunda çıxış etmişdir.

Rayon Polis İdarəsinin rəisi  Şəmşir Kazımov “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər  Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələrindən” danışmışdır.

Rayon prokuroru Tural Yusifov “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda çıxış etmişdir.

Sonda DSK-nın sədri və üzvləri üçün “Bələdiyyə seçkilərinə hazırlıq seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətinin təşkili” mövzusunda geniş seminar təşkil olmuşdur. Komissiya sədrlərinin və DSK-nın üzvlərinin üzərinə düşən vəzifələr ətraflı izah edilmişdir.

A.Mirzəliyev

 

Şərh Yaz