Yaddas kitabcasi

Təyinat almış gənc müəllimlərlə görüş

Oktyabr ayının 3-də İsmayıllıdakı Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinə yeni təyin olunmuş gənc müəllimlərlə görüş keçirilib.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb. Ölkə başçısının gənclərə verdiyi önəmi, dəyəri və qiyməti bildirərək gənc müəllimlərə öz tövsiyələrini verib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxış edərək İsmayıllı təhsilinin uğurlarından bəhs edib və müəllimlərə təklif və problemləri barədə Rayon Təhsil Şöbəsinə məlumat vermələrini bildirib.
rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək gənc müəllimlərin bir yerdə toplaşaraq mütəmadi əlaqə saxlamalarını və Rayon Gənclər və İdman İdarəsi ilə daima təmasda olmalarını bildirib.
YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev çıxış edərək gənclərin partiya sıralarında səmərəli fəaliyyətini qeyd edib. Fəal, bitərəf gənclərə partiyanın sıralarına qatılmaqlarını tövsiyə edib.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov çıxış edərək gəncləri könüllülük fəaliyyətinə qoşulmğa çağırıb və rayonda könüllülük fəaliyyətinin geniş şəkildə təşviq olunması barədə məlumatlar verib.
Sonda Rayon İcra Hakimiyyətinin 4 nəfər könüllüsünə könüllülk fəaliyyətini başa vurmaqları barədə sertifikatlar təqdim olunub.

Gülər Baxışova

 

Şərh Yaz