Yaddas kitabcasi

Müəllimlərin peşə bayramı qeyd olunub                        

Oktyabr ayının 5-də Qalacıq kənd tam orta məktəbində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rusan Qasımov müəllimləri bayram münasibətilə təbrik edib, təhsil sahəsində aparılan islahatlardan, Ulu öndərin müəllim əməyinə verdiyi qiymətdən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan və son illərdə ölkəmizdə müəllim olmaq istəyənlərin sayındakı artımdan danışıb.

Tədbirdə çıxış edən məktəb şagirdləri müəllim əməyinin bütün dövrlərdə ən şərəfli peşə olmasından, bu adı daşıyanların həmişə böyük hörmət və ehtirama layiq olmasından söz açıb,  müəllim haqqında şeirlər söyləyiblər.

Şərh Yaz