Milli-mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə

Qalacıq kənd tam orta məktəbində IX-XI sinif şagirdləri ilə “Ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbiri məktəbin direktoru Rusan Qasımov açıb. Mövzu ətrafında müzakirələr aparılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında iqtisadiyyatımızın, xüsusən də təhsil sahəsinin inkişafı vurğulanıb.

Təhsil sahəsində aparılan islahatlar barədə video çarx və fotoşəkillər nümayiş etdirilib.

Məktəbin akt zalında “Milli-mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda söhbət aparılıb. Tədbirdə məktəbin müəllim və şagird heyəti iştirak edib. Məktəbin tədris işləri üzrə direktor müavini  Maral Məmmədova milli-mənəvi dəyərlər mövzusunda məruzə edib. Sonra şagirdlər bu mövzuda hazırladıqları təqdimatları yoldaşları ilə bölüşüblər.

Şərh Yaz