Yeni nəşrlər:

Həmyerlimiz Məmmədov Rafiq Akif oğlunun – Rafiq Akifin “Elm və Təhsil” nəşriyyatında “Yalquzaq qayası” adlı kitabı çapdan çıxıb.

Müəllifin bu romanında ana təbiətlə cəmiyyət arasında oxşarlıq və insan həyatında dərin izlər buraxan hər hansı faciənin bəzən onun taleyini alt-üst edən psixoloji məqamlar qabarıq şəkildə əksini tapıb.

“Yalquzaq qayası” oxucuya həyatında mövcud olan mənəvi-əxlaqi dəyərlərin maddi sərvətlərdən, saxta şan-şöhrətdən üstün olduğunu və insandakı özünəinam hissi ilə çətinlikləri dəf etmək keyfiyyətlərini aşılayır.

R.Akif 1962-ci ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. Ali təhsillidir. Şeir və məqalələri dövri mətbuatda 1979-cu ildən dərc olunur.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz