Təbrik edirik!

“İlk görüş” adlı şeirlər kitabının müəllifi, “Dağ çiçəkləri” ədəbi məclisinin, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvü Xalıqov Xalıq Yusif oğlu –  Xalıq Yusifoğlu həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvləri sırasındadır.

X.Yusifoğlunun vətənpərvərlik ruhu müsbət insani keyviyyətlər aşılayan lirik şeirləri, həyatda düzgün yer tutmayanları qamçılayan təmsilləri ilə yanaşı publisistik yazıları mütaliə ilə müntəzəm məşğul olanlara çoxdan tanışdır.

Bu sahədəki yorulmaz, davamlı fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyi bu yaxınlarda həmyerlimizi “Həsən bəy Zərdabi” mükafatına layiq görüb.

Rayon ictimaiyyətini sevindirəcək bu xəbəri oxucularımızla bölüşür, Xalıq müəllimi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

İsmayıllı xəbərləri”

Şərh Yaz