Yaddas kitabcasi

Həllinə ehtiyac duyulan məsələlər var

20 avqust 2019-cu il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ruşan kəndinin sakinləri ilə görüş-qəbul keçirib. Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.
İcra başçısı sakinlərin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində Respublika Prezidentinin yürütdüyü uğurlu siyasətdən, əldə olunmuş nailiyyətlərdən, həyata keçirilən və perspektivdə olan layihələrdən, görülən tədbirlərdən, mövcud problemlərin aradan qaldırılması yollarından, xüsusilə də ruşanlıların dövlətə və dövlətçiliyə sədaqətlərindən danışıb.
Kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkənin, eləcə də İsmayıllının hərtərəfli inkişafına görə dərin minnətdarlıqlarını bildiriblər.
Ruşan kənd tam orta məktəbinin direktoru Rəna Məmmədova, kənd sakini Həşim Səfixanov və digər çıxışçılar kəndə təbii qazın verilməsini, içməli su məsələsinin həllinin vacibliyini diqqətə çatdırıblar. Kənddə mədəniyyət evinin, yeni məktəb binasının tikilməsinə, tibb məntəqəsinin açılmasına, elektrik xətlərinin yenilənməsinə, kənd yolunun təmir olunmasına, kənddaxili asfalt yolun gecə işıqlandırılmasına, “Azercell”in dalğa qəbul edən stansiyasının qurulmasına  ehtiyac olduğu çıxışlarda əksini tapıb.
Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov keçirilən səyyar görüş-qəbulda sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlərini verib.
Ş.Soltanov

 

Şərh Yaz