Təbrik

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Səfərov Nazim Səmid oğlu da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunanlar sırasındadır. Bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatı işçiləri və qəzetimizin oxucuları adından Nazim Səfərovu təbrik edir, ona çalışdığı sahədə əzmkarlıq nümayiş etdirməyi, daha yüksək nailiyyətlər qazanmağı arzulayırıq!

Şərh Yaz