Yaddas kitabcasi

SARSILMAZ XALQ-PREZİDENT BİRLİYİ

Dünya şöhrətli fenomen şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilir. Respublikamız qısa müddətdə dünya svilizasiyasına uğurla inteqrasiya etdi. Bir-birinin ardınca beynəlxalq əhəmiyyətli layihələrə imza atıldı. Dünya ölkələri ilə tərəfdaşlıq, dostluq və tranzit əlaqələri qurularaq möhkəmləndirildi.

Ölkənin Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır. Yürüdülən uğurlu siyasət nəticəsində ölkədə iqtisadi islahatlar daha da sürətlənir, insan haqları və azadlıqlarının, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması inkişaf etdirilir.

Elm-təhsil sahəsinin inkişafına və elm adamlarının həyat şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, ölkəmiz sosial, iqtisadi sahələrlə yanaşı təhsil sahəsində dünyanın ən qabaqcıl dövlətləri sırasındadır.

Azərbaycanımızın təkcə bugünü deyil, parlaq gələcəyi, gənclərin kariyera qurma və inkişaf etməyi baxımından yaradılmış imkanlar əvəzsizdir. Xarici siyasətin yüksək səviyyədə davam etdirilməsi sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu artmaqdadır.

Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir, təşəbbüsləri və layihələri ilə Avropanın enerji xəritəsini dəyişir. O cümlədən, regionlarının inkişafı uğurla həyata keçirilən sosial-iqtisadi strategiyanın mühüm tərkib hissəsidir. Ordumuz dünyanın güclü ordulardan biridir. Həmçinin Azərbaycan dünyada idman ölkəsi , multikultural və tolerant dövlət olaraq tanınır. Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.

2016-cı ilin Aprel döyüşlərində Ermənistan-Azərbaycan təmas xəttində baş vermiş erməni təxribatının qarşısını uğurla alan ordumuzun rəşadəti bir daha sübut etdi ki, Azərbaycanın gücü realdır, görülən işlərdə, əməllərindədir. Dövlət Başçısının uğurlu daxili və xarici siyasəti Azərbaycan xalqının fərəhi, qürurudur.

Ölkəmizin dünyada tanınması baxmından, gənclərin dünya miqyaslı tədbirlərdə iştirakı, bir sıra dünya miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi iqtisadi-siyasi, elmi məsələlərlə yanaşı, mədəni sahədə də dinamik inkişafimızın göstəricisidir. Azərbaycan bu sahədə dünya tarixinə yüksək mədəniyyət, qonaqpərvərlik kimi yeni standartlar daxil edib.

Cənab Prezidentin atdığı hər bir addımda milli maraqların öndə tutması xalqımzın milli maraqlarına hesablanır. Dövlətimizin qazandığı davamlı uğurlar sarsılmaz Xalq-Prezident birliyinin bariz nümunəsidir.

Təhsilimizin inkişafı və təhsil işçilərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində vaxtaşırı həyata keçirilən tədbirlər, müəllimlərin aylıq əmək haqqının artırılması, təhsilimizin dünya təhsil sisteminə inteqrasiya etməsi üçün böyük işlər görülür. Yaradılmış geniş imkanlardan biz gənc müəllimlər yetərincə yararlanmışıq.

Son illərdə işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, yaşayış mininmumunun yüksəldilməsi, müəllimlərin, həkimlərin, sosial xidmət sahəsində çalışanların, incəsənət xadimlərinin və digər sahələrdə çalışan bütün insanların əmək haqqının, pensiyaların və sosial müavinətlərin dəfələrlə artırılması hər bir vətəndaşın, hər bir ailənin Dövlət Başçısının diqqəti mərkəzində olduğunu göstərir. Təkcə bu il əhalinin kredit borclarının dövlət büdcəsi hesabına ödənilməsi, həssas qruplara qayğı tədbirlərinin daha da gücləndirilməsi, əmək haqlarının iki dəfə artırılması dövlətimizin iqtisadi qüdrətinin bariz nümunəsidir. Ölkədə rifah halının yaxşılaşması, hər bir vətəndaşın problemlərinin yerindəcə həll olunması, verilən qərar və sərəncamların xalqın mənafeyinə xidmət etməsi hər birimizin qəlbini minnətdarlıq hissi ilə doldurur.

Cənab Prezidentin uğurlu siyasəti İsmayıllıda İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov tərəfindən yüksək məsuliyyətlə icra edilir. Azərbaycan Respublikasının vətəndaşı olaraq, bugünkü sabit yaşayışımza, əmin-amanlığımıza, rifah halınmızın günbəgün yaxşıladırılmasına görə Dövlətimizin Başçısına minnətdarıq.

Rusan Qasımov,

Qalacıq kənd tam orta məktəbinin direktoru

 

Şərh Yaz