Yaddas kitabcasi

Faydalı əməkdaşlığa imkan var

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ABŞ Dövlət Departamentinin Risklərin İdarəolunması Agentliyinin Regional direktoru Dueyn Alan Voyu qəbul edib.

Dueyn Alan Voy ABŞ səfirliyinin Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Peşəkar İxtisasartırma Proqramı üzrə həyata keçirilən layihə barədə danışıb. Bu istiqamətdə faydalı əməkdaşlığın mümkünlüyünü bildirib.
Başçı ilə görüş və söhbətdən sonra qonaq İvanovka kəndinə səfər edib. Gəlişindəki məqsədi “İvanovka kolxozu” icması ilə bölüşüb.

“İsmayıllı xəbərləri”

Şərh Yaz