Tərəflər təşəkkürlərini bölüşüblər

Rayonumuzun təhsil müəssisələrinə yerli yazarların dəvət olunması, onların yaradıcılığına diqqət göstərilməsi bir ənənə halını alıb.  Belə tədbirlərdən biri  may ayının 30-da İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbində keçirilib.

Görüşə dəvət alanlar Şahməmməd Dağlaroğlu və Turac Hilal olub. Xatırladaq ki, hər iki şair Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Görüşdə qonaqların həyat və yaradıcılığı ilə tanışlıqdan sonra onların Vətənə, zəhmətə, halallığa, sevgiyə və ədalətə köklənmiş şeirləri məktəb şagirdlərinin ifasında tədbir iştirakçılarına çatdırılıb.

Gagirdlər qələm sahiblərinə ünvanladığı maraqlı suallara dolğun cavablar alıblar. Sonda tədbir iştirsakçılarının şairlərdən yeni şeirlərini səsləndirmək xahişi alqışlara səbəb olub.

Məktəb rəhbərliyi və təşkilatçılar təklifin qəbulu, qonaqlar yaddaqalan görüşün təşkili üçün qarşılıqlı təşəkkürlərini bölüşüblər.

Təranə Məmmədova,

məktəbin müəllimi

 

Şərh Yaz