Hesabat konserti

İsmayıllı Regional Mədəniyyət İdarəsinin (İRMİ) tabeliyində fəaliyyət göstərən İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbində 2018-2019-cu tədris ilinin sonunda hesabat konserti verilib.

Tədbirdə İRMİ-nin nümayəndələri, məktəbdə təhsil alan şagirdlərin valideynləri, ziyalılar, qonşu rayonlardan gələn qonaqlar iştirak ediblər.

İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru Bəhruz Həşimov çıxış edərək qonaqları salamlayıb, il ərzində görülən işlərdən danışıb. Məktəbin əsaslı təmirinə görə bu işdə təşəbbüsü və zəhməti olanlara minnətdarlıq edib.

Uşaq incəsənət məktəbinin tar, qarmon, nağara, kamança, fortepiano, xanəndəlik, xor və rəqs ixtisasları üzrə təhsil alan şagirdlərin ifasında Azərbaycan, rus və digər xarici ölkə bəstəkarlarının bir-birindən maraqlı əsərləri izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Məktəbin bir qrup müəllim və şagirdi diplom və Fəxri fərmanlarla təltif edilib.

A.Nəcəfli

Şərh Yaz