“Bumeranq” birinci olub

28 May – Respublika Gününə həsr olunmuş “Xəmsə” milli intelektual oyunlarının rayon birinciliyi İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı və İsmayıllı İntelektual Oyunlar Klubunun dəstəyi ilə  keçirilib.

İntelektual yarışda rayon məktəblərinin yuxarı sinif şagirdləri və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin gənc müəllimlərindən ibarət komandalar iştirak edib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov yarışı giriş nitqi ilə açaraq, müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasından, Azərbaycan Xalq Cümhuriyyəti tarixindən danışıb.

Çıxışlarda bugünkü müstəqil Azərbaycanın məhz həmin cümhuriyyətin varisi olduğu diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Ülviyyə Zeynalova, İsmayıllı İntelektual Oyunlar Klubunun sədr müavini Kamran Məlikzadə iştirakçıları bayram münasibətilə təbrik ediblər.
8 komandanın iştirak iştirak etdiyi yarışmada İsmayıllı şəhər 1 nömrəli tam orta  məktəbinin “Bumeranq” komandası birincilik qazanıb. İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin “Dejavu” komandası ikinci, Qalınçaq kənd tam orta məktəbini təmsil edən eyni adlı komandası isə üçüncü olub.

Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin Diplom və qiymətli hədiyyələri ilə təltif  ediliblər.

R.Rəcəbov

 

Şərh Yaz