Şairin həyat və yaradıcılığı təhlil olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan olunub.

Bu münasibətlə məktəbimizdə Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik  yubileyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilməkdədir. Məktəbimizdə böyük şairin yubileyinə həsr olunmuş rəsm və inşa yazı müsabiqələri də keçirilib, “Nəsimi” bədii filminə baxışı təşkil olunub.

May ayının son həftəsində isə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Rüstəmovanın təşkilatçılığı ilə Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi gecəsi” keçirilib.  Gecədə şairin həyat və yaradıcılığı geniş təhlil olunub, şagirdlərə bu dahi şəxsiyyət haqqında ətraflı məlumat verilib. Məktəblilərin  ifasında şairin qəzəlləri səsləndirilib.

Sonda Nəsiminin edam səhnəsi şagirdlər tərəfindən hazırlanmış tamaşa kimi tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə Rayon Təhsil Şöbəsinin nümayəndəsi Rəşid Məmmədov, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri, Quşencə kənd inzibati ərazi dairəsinin nümayəndəsi Yaşar Şirəliyev, valideyn və şagirdlər iştirak ediblər.

Tədbirin sonunda qonaqlar tədbirlə bağlı fikirlərini bildirib, “Nəsimi gecəsi”nin yaradıcı heyəti ilə xatirə şəkli çəkdiriblər.

agül Sərov,

Elşad Hacıyev

Şərh Yaz