Xatirələrdə yaşayan günlər

zəl Osmanova 1939-cu il may ayın 25-də İsmayıllı rayonunun Mican kəndində anadan olmuşdur. 1958-ci ildə İsmayıllı şəhər orta məktəbini bitirmişdir. 1964-cü ildə həmin məktəbin nəzdində kurs bitirərək pedaqoji fəaliyyətə başlamışr. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1986-cı ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. 1964-cü ilin avqust ayından 1973-cü ilin iyun ayınadək İsmayıllı şəhər 1 nömrəli orta məktəbindəəllim işləmişdir. 1973-cü ildən İsmayıllı XDS İcraiyyə Komitəsinin sədr müavini, 1978-ci ildən  İsmayıllı Rayon Partiya Komitəsinin katibi 1982-ci ildən Rayon Partiya Komitəsinin  ikinci katibi, 1985-ci ildən rayon XDS İcraiyyə Komitəsinin sədri 1989-1993-cü illərdə “Azərbaycan məktəbi” jurnalında şöbədiri işləmişdir. Bir müddət sonra yenidən rayona qayıdan G.Osmanova Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, İsmayıllı poçt filialında rəis müavini vəzifələrində çalışmışr. Uzun illər rayon qadınlar şurasın, YAP rayon təşkilatı qadınlar şurasın sədri kimi ictimai iş də aparmışr. Bu illər ərzində respublikada keçirilən tədbirlərdə də fəal iştirak etmişdir. 

İşzarlığı, etimadı doğrulda bilmək bacarığı ona “Qırmı Əmək Bayrağı” ordeni vəƏmək igidliyinərə” medalı qazandırmışr. Dövlət qulluğu veteranır.

 

***                                                    

Belə zəngin bir ömür yolu keçmiş bu xanımın həyatında çətin günləri, çətin anları da olub, xatırlayanda sevincdən, fərəhdən üzünə işıq yayılan xoş günləri də. Gözəl xanım ulu öndər Heydər Əliyevlə şəxsən görüşdüyü günləri ömrünün ən gözəl anları kimi dəyərləndirir, xatırlayır və fəxrlə “məni bu gün də  yaşadan Heydər Əliyev dühasıdır” deyir. Belə günlər isə az deyil. Müsahibim bu günlərin hər birini incəliklərinə qədər xatırlayır. Müstəqil Azərbaycan Respublikası qadınlarının birinci qurultayında ümummilli lider Heydər Əliyevlə olan görüş və qurultaydakı nitqin doğurduğu təəssüratdan danışarkən Gözəl xanım sanki o anları yenidən yaşayır. Heydər Əliyevin “Mən Azərbaycan qadınlarını çox sevirəm, yer üzündə Azərbaycan qadını, Azərbaycan anası kimi gözəl qadın yoxdur” sözlərinin zalı necə ayağa qaldırdığından qürürla danışan müsahibim fəxrlə əlavə edir:- həqiqətən, o insan biz qadınları çox sevirdi. Başqa bir faktı da əlavə edərək G.Osmanova dedi:  – “Azərbaycan məktəbi” jurnalında işləyirdim. Bir gün jurnalın redaktoru Zəhra Əliyeva ilə birlikdə Naxçıvana getmişdik. O zaman Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri işləyirdi. Səfərimizin sonuncu günü işinin çox olmasına baxmayaraq, bizi qəbul etdi, birinci, ona görə ki, biz qadın idik. O, qısa söhbətimizdə də mən Ulu öndərin qəlbində qadına, anaya nə boyda sevgi, hörmət, ehtiram olduğunun bir daha şahidi oldum”.

Gözəl xanım əvvəllər də dəfələrlə ümummilli liderlə görüşmüşdür. Naxçıvanda görüşərkən Heydər Əliyev dərhal onu tanıyıb və soruşub: “Lahıca yol çəkildimi?”

Bu dərəcədə böyük və məsuliyyətli vəzifələr, ictimai işlər, nə az, nə çox 36 il rayon qadınlar şurasına rəhbərlik etmək, əlavə qayğılar…  Yorulub-yorulmadığını soruşanda yenə Gözəl xanımdan özünə xas bir cavab aldıq. Məlum oldu ki, yorulmaq deyilən bir söz onun lüğətində yoxdur.

Belə… Artıq o günlərin hamısı tarix olub, zamanın saralmış səhifələrində özünə əbədilik məkan edib. Ancaq ömrün hər anında olduğu kimi, bu gün də Gözəl xanım o saralmış səhifələri fəxrlə çevirir, işlədiyi müddətdə rayonu üçün etdiyi, edə bildiyi işləri göz önünə gətirərək özü-özü ilə fəxr edir, çünki, fəxr ediləsi bir ömür yaşayıb. Elə bu fəxrlə də rayon camaatı, dost-tanış, qohum-əqrəba ilə həmişə olduğu kimi, gülər üzlə, açıq alınla, o gündən bu günə qoruyub saxladığı hörmət-izzətlə salamlaşır, hal-əhval tutur, eynən vəzifədə olduğu günlərdəki kimi. Və elə bu fəxrlə də ömrün kamillik zirvəsində fəxrlə qərar tutub. Ömrün səkkizinci onilliyinin zirvəsində… Ali təhsil verdiyi 2 övladı, 6 nəvəsi, 5 məktəbli nəticəsi ilə birlikdə. Övladları, nəvələri də Gözəl xanım kimi Vətən üçün yaşayıb işləməyi özlərinə övladlıq borcu bilirlər.

Adı ilə qəlbi həmahəng olan Gözəl  xanımı  bu gün münasibəti ilə ürəkdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

L.Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Şərh Yaz