Adını doğruldan xanım

Uzun illər rayonun icra strukturlarında uğurla fəaliyyət göstərmiş, indi fəal pensiyaçı olan Göl xanım Osmanovanın doğum gü

 

rmətli Göl xanım!

Yaranışdan gözəlliyə qovuşub, yüksəliş yolunda çalışıb, yaxşı əməllər naminə yarışıb, əhali ilə birgə olub, onunla qarışıb, haqla, ədalətlə, səmimiyyət və mehribanlıqla tapışıb, insanlıq naminə alışıb dövlətə, dövlətçiliyə xidmət etmisən, xoş arzularına yetmisən, dostluq, yoldaşlıq, əməkdaşlıq yürüşündə öndə getmisən, layiq olan insanları özünə dost seçmisən. Xaraktercə səmimi, ideyaca dövlətçi, məsləkcə Azərbaycançı, Heydər Əliyevçi, ixtisasca müəllim, davranışca gözəl xanımsan, qayğıkeşsən, qəlboxşayansan, sadəcə olaraq nazənin bir qadınsan. Qeybət sənə yaddı, çoxları bostanına daş atdı, daş qayıdıb öz başına dəydi. Sənə tələ qurmaq cəhdində olanların əməlləri öz başında çatladı. Öz həyatını yaşaya-yaşaya Gözəl adını özəlliklə doğrultdun. İşlədiyin bütün vəzifələrdə hər kəsi duymağa, başa düşməyə çalışdın, imkansızlara dayaq oldun, mehrə çevrilib ehtiyacı olanların qəlbinə doldun. Təkəbbür, lovğalıq, inzibatçılıq, lənglik, biganəlik sənə yaddır. İcraçılıqda, məsuliyyətli fəaliyyətdə, dövlətçiliyə xidmətdə, rəhbərliyə sədaqətdə çoxlarına örnəksən. Yaxşılığı, yaxşını, insani dəyərləri, rəhbər qayğısını hamıdan yaxşı qəbul edirsən. Həyatı başa düşərək, duyaraq, dərk edərək yaşayırsan.

Xoşbəxtsən ki, İsmayıllının xoşbəxt çağlarını yaşayırsan, yaradılanlardan, qurulanlardan, rayon rəhbərinin işıqlı düşüncələrinin təzahürü olan gözəlliklərdən zövq alırsan. Allahın xoşbəxt bəndəsisən ki, bölgəmizin bu günlərini yaşayırsan.

Yaşın nə dəxli. Yaşca səndən cavan var ki, daxilindəki qarıma, ovulma, dağılma zahirində çox aydın görünür. Belələrini məkr, kin, küdurət, eqoizm həyat səhnəsindən kənarlaşdırır.

Qeyd etməliyəm ki, rayon icra hakimiyyətinin başçısı Mirdaməd müəllimin bütün İsmayıllı əhalisinə, xüsusilə yaşlılara hörməti, ehtiramı bizi əsil mənada fədakarlığa sövq edir. Amma yaxın illərə qədər yaşımız başımıza qaxınc idi.

Əziz bacım, Gözəl, gözəl İsmayıllının daha gözəl günlərini yaşamaq xoşbəxtliyinə çatdığın üçün səni ürəkdən təbrik edirəm. Səni həmişə səmimi dostluğun, mehribanlığın, yoldaşlığın, güzəştsiz əməkdaşlığın ön sıralarında görməyi arzulayıram. Xoş arzularımı əlavə olaraq bir neçə nəzm parçası ilə şərəfli ünvanına çatdırmaq istərdim:

Gözəl, sənin gözəlliyin şəfa verir gözlərə,

Üzün gülər, qəlbin təmiz, layiqsən xoş sözlərə.

Ətəyindən bitraq kimi sallaşanlar çox olub,

Belələri dəli olub, vallah, düşüb düzlərə.

***

Doğum günün mübarək,

Qəlbin sevincdən titrək.

70-80 nədir ki,

Yüz yaşına biz gələk.

***

Mən aşiqəm, gözəl gül,

Gözəl danış, gözəl gül.

Qəlbin güllük, laləzar,

Çatışmır orda bülbül.

***

Mən aşiqəm, Micana,

Gözəl dəyər min cana.

Qədrini bilməyənlər,

Atəşdə, odda yana.

***

Məclislərə yaraşıq,

Bu yaşda da gur işıq,

Gözəl olan məclisdə

Sülh olar, həm barışıq.

***

Yaraşığın əmək olub, iş olub,

Dalınca danışan xəzan tək solub.

Paxıllıq edənlər sən tək xanıma,

Gücü ona çatıb, öz saçın yolub.

***

Nə qədər gözəlsən, nə qədər incə,

Arvadlaşanları sıxmısan küncə.

Arxadan gələnə əl uzadırsan,

Sənə oxşarları çox azdı məncə.

***

Çox kişilər həsrət qalıb səndə olan qüdrətə,

Şakərindi biganəlik mala, pula, sərvətə.

Heyran olur ilk görüşdə səni görən yaxşılar,

Vurulurlar xoş rəftara, səndə olan ülfətə.

***

Əzizim, xumar gözlər,

Səni səadət izlər,

Hədiyyəm olsun, Gözəl

Sənə bu şirin sözlər.

Valeh Salehov,

İsmayıllı Rayon Ağsaqqallar Şurasın sədri

 

Şərh Yaz