Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı

13-19 fevral 2019-cu il tarixlərdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Uşaq Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə  Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.
Məktəbin direktoru Nəriman Alıyev tədbiri giriş sözü ilə açıb. Şəhid xocalıların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Xocalı qətliamının azərbaycanlılara qarşı tarixi düşmənlərimiz olan ermənilər tərəfindən törədilən soyqırım olduğunu bildirib, “Xocalıya ədalət” kampaniyasının beynəlxalq aləmdə davam etdiyindən, gənclərin vətənpərvərlik tərbiyəsi ilə əlaqədar həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov da Xocalı soyqırımı və ümummilli lider Heydər Əliyevin ona verdiyi hüquqi və siyasi qiymətdən, xalqımız tərəfindən Xocalı fa              sinin daim anılmasından, şəhid ailələrinə  və məcburi köçkünlərə dövlətin göstərdiyi hərtərəfli qayğıdan danışıb.
50 nəfər şahmatçının gərgin mübarizə apardığı birincilikdə yeddi nəfər birinci, altı nəfər ikinci,altı nəfər də üçüncü yerə layiq görülüb. Ümumilikdə, 19 nəfər gənc şahmatçı  İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilib.

Tural Haşımov

Şərh Yaz