Yaddas kitabcasi

Bəlkə səsim kimlərəsə çatdı

rmətli redaksiya!

 

“İsmayıllı xəbərləri” adına əsaslanıb kəndimiz Kürdmaşıda olan bəzi məsələləri də sizə deməliyik. Rayon İcra Hakimiyyətinin başçısı həmişə bizi qəbul edir, dinləyir və imkan olan köməkliyi göstərir. Ona görədir ki, əvvəllər kəndimizin adı ilə bağlı olan bir çox problemlər öz həllini çoxdan tapıb. Həyat şəraitimiz yaxşılaşıb. Qazımız, suyumuz, enerjimiz həmişə var. Maddi çətinliyimiz yoxdur.

Bəs normal bir həyat yaşayan Kürdmaşı kənd sakini kimi nədən narazıyam? Səhiyyə xidmətindən. Əvvəllər kəndimizdə xəstəxana vardı. Bina pis vəziyyətə düşüb, xəstəxana həkim məntəqəsinə çevrilib. Buraya heç bir nəqliyyat vasitəsi verilməyib. Can həkimi yoxdur. Kürdmaşı və ətraf kəndlər bir uşaq həkiminin ümidinə qalıb. 70 yaşım var, həkimə çox ehtiyacım olur. Kürdmaşı, Aşıqbayram, Talış, Qarakolluq, Hapıtlı, Kəlbənd, Girk, Uştalqışlaq kəndlərində mənim kimi və məndən yaşlı sakinlər çoxdur. Hamımızın arzusudur ki, səhiyyə xidməti yaxşılaşsın, xəstəxanamız səhiyyə nazirliyinin diqqətində olsun. Qərara aldım ki, sizə müraciət edim. Səsim bəlkə qəzetiniz vasitəsilə kimlərisə narahat edə bildi.

Xahiş edirəm müraciətimi dərc etdikdən sonra məktubla rəhbər səhiyyə orqanlarına göndərəsiniz.

Rafiq Bayramov,

İsmayıllı rayonu, Kürdmaşı kəndi

Şərh Yaz