Sosial infrastruktur yenilənir

8 fevral  2019-cu il tarixdə İsmayıllı şəhərinin köhnə avtovağzal adlanan məhəlləsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə görüş-qəbul keçirib.

Ərazidəki “Xeyir-şər” evində keçirilən tədbiri giriş nitqi ilə açan M.Sadıqov ölkənin sabitliyi və təhlükəsizliyi, davamlı inkişafı, əhalinin sosial həyatının daha da təminatlı olması üçün cənab Prezident İlham Əliyevin uğurlu daxili və balanslaşdırılmış xarici siyasətinin yüksək nəticələrindən ətraflı danışıb. Qeyd edib ki, İsmayıllı bütün icra və xidmət strukturları, hüquq mühafizə və ədliyyə orqanları ilə birgə Prezident İlham Əliyevin sərəncam, tapşırıq və göstərişlərini, Dövlət Proqramlarını məsuliyyətlə icra edir. Nəticələr isə həyat fəaliyyətinin bütün istiqamətlərində özünü göstərir.
Giriş nitqindən sonra sözü, təklifi, şikayəti olan sakinləri diqqətlə dinləyən RİH-nin başçısı M.Sadıqov hər bir məsələ ilə əlaqədar konkret tapşırıqlar verib. Görüş-qəbulda əsasən ərazidə məhəllənin abadlaşdırılmasından, sosial infrastrukturun yeniləşdirilməsindən  danışılıb.

Görüş-qəbulda deyilənləri tam təfsilatı ilə açıqlamadan qeyd olunmalıdır ki, RİH-nin başçısı M.Sadıqov görüş-qəbulda qaldırılan məsələlərin icrası üçün, konkret tapşırıqlar verib.

Ş.Soltanov

Şərh Yaz