Komissiyaların yekun iclası

RIH başçısı aparatı yanında fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi”, “Qəyyumluq və himayəçilik” komissiyalarının 18 dekabr 2018-ci il tarixdə yekun iclası keçirilib.

İclası giriş sözü ilə açan komissiyanın sədri, RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova komissiyanın işinin əsas istiqamətlərinin uşaqların hüquqlarının qorunmasından ibarət olduğunu bildirib, komissiyalar tərəfindən mütəmadi işlərin aparıldığını, monitorinqlərin müntəzəm keçirildiyini komissiya üzvlərinin diqqətinə çatdırıb.

İdarə və təşkilatlar tərəfindən komissiyaya daxil olan müraciətlər əsasında hər bir sənədin arxasında ən azı bir insan taleyinin durduğunu bildirən komissiya sədri bu tip məsələlərin həll olunmasında səmərəli fəaliyyət aparılmasının hər zaman vacib olduğunu bildirib.

Müştərək işin nəticəsi olaraq komissiyanın fəaliyyətinə aid olan məsələlər, uşaqların tərbiyəsi ilə bağlı mübahisələrə baxılması və rəy verilməsi üçün komissiyaya daxil olmuş hər bir müraciətin qanuna uyğun icrasının təmin edildiyini komissiya sədri xüsusi vurğulayıb.

İclasın gedişi zamanı komissiyanın icraatında olan bir sıra məsələlər müzakirə edilib və yekun qərarlar qəbul olunub.

Şərh Yaz