Vətəndaşlara hüquqi xidmət göstərilib

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə bağlı bir sıra tövsiyələr verilmişdir. Bu tövsiyələrdən biri də hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsidir. 08 dekabr 2018-ci il tarixdə Mərkəzi Uşaq Kitabxanasında Vəkillər Kollegiyasının bir qrup üzvü hüquqi yardıma ehtiyacı olan şəxslərə ödənişsiz hüquqi yardım göstərmişdir. Onu da qeyd edək ki, Vəkillər Kollegiyasının bir qrup üzvü  Lahıc qəsəbəsi və ətraf kəndlərdə də belə vacib tədbirlər keçirmişdir.

Namiq Kərimov

Şərh Yaz