Əsl bayram hədiyyəsi

Bir neçə gün əvvəl Bərdə şəhərində idmanın karate-do azad döyüş növü üzrə keçirilən beynəlxalq yarışda İsmayıllı təmsilçisi, 2 nömrəli tam orta məktəbinin 4-cü sinif şagirdi Hüsniyyə Sadıqzadə 43-45 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışın kubokuna və həvəsləndirici kəmərə sahib olub.

İdmançının məşqçi müəllimi Bayram Qəhrəmanov bildirib ki, Hüsniyyənin yüksək idman nailiyyətləri hələ qarşıdadır. Ona böyük ümidimiz var. Bu qələbə isə Hüsniyyənin İsmayıllı idmansevərlərinə əsl bayram hədiyyəsidir.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz