Koordinasiya Şurasının iclası keçirilib

 

Koordinasiya Şurasının iclası keçirilib İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) yanında, “Fermer evi”ndə “Fermerlərin Koordinasiya Şurası”nın iclası keçirilib.
Şurada təşkilati məsələyə baxılıb, Hacıhətəmli kənd sakini, təcrübəli təsərrüfatçı Qubadov İzzət Paşa oğlu yekdilliklə “Fermerlərin Koordinasiya Şurası”nın sədri seçilib.
Sonra cari məsələlərə baxılıb, fermerləri narahat edən problemlər müzakirə olunub, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimova müraciət qəbul olunub.İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) yanında, “Fermer evi”ndə “Fermerlərin Koordinasiya Şurası”nın iclası keçirilib.
Şurada təşkilati məsələyə baxılıb, Hacıhətəmli kənd sakini, təcrübəli təsərrüfatçı Qubadov İzzət Paşa oğlu yekdilliklə “Fermerlərin Koordinasiya Şurası”nın sədri seçilib.
Sonra cari məsələlərə baxılıb, fermerləri narahat edən problemlər müzakirə olunub, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimova müraciət qəbul olunub.
Müraciətdə payızlıq əkinlərin aparılmasında gübrə çatışmazlığı, “Fermer evi”nin müəyyən mebel və avadanlıqlara təmin olunması, eləcə də fermerləri narahat edən digər problemlər öz əksini tapıb.
İsmayıllı DAİM-i tərəfindən fermerlərin vaxtaşırı tədbirlərinin keçirilməsi, eləcə də Şuranın fəaliyyəti üçün xidməti otaqlar ayrılıb, avadanlıq və mebellərlə təchiz olunub.
Aytac Kərimli,
İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik şöbəsinin aparıcı məsləhətçisi

1 thought on “Koordinasiya Şurasının iclası keçirilib

Şərh Yaz