Yaddas kitabcasi

Saziş imzalanıb

 

Saziş imzalanıb
“ARZU“ Qadın İnkişaf Qrupu bu ilin aprel ayında 20 nəfər qadının iştirakı ilə Sumağallı kəndində Azərbaycan Kənd İnvestisiya Layihəsinin pilot olaraq həyata keçirdiyi “Qadınların İqtisadi Səlahiyyətləndirilməsi” komponenti çərçivəsində yaradılıb.
Eyni məhəllədən olan fəal icma qadınlarının özünədəstək qrupunun yaradılmasına istiqamətlənən bu addım onların iqtisadi baxımdan güclənməsinə yönəldilib. “ARZU“ Qadın İnkişaf Qrupunun üzvləri bir araya gələrək, yerli bələdiyyənin dəstəyi ilə xalça toxuculuğu, eləcə də şirniyyat evinin yaradılmasına nail olublar. Məhz həmin icmalardan olan gənc kadrlar İcma Biznes Təbliğatçıları qismində AzKİL-in təşkil etdiyi təlimlərə qatılıblar. Layihənin məqsədi işçi heyəti ilə birlikdə Sumağallı kəndində biznes inkubatoru yaratmaqla, Qadın İnkişaf Qrupları tərəfindən qurulmuş müəssisələrə yerlərdə biznesin inkişafı xidmətlərini göstərməkdir.“ARZU“ Qadın İnkişaf Qrupu bu ilin aprel ayında 20 nəfər qadının iştirakı ilə Sumağallı kəndində Azərbaycan Kənd İnvestisiya Layihəsinin pilot olaraq həyata keçirdiyi “Qadınların İqtisadi Səlahiyyətləndirilməsi” komponenti çərçivəsində yaradılıb.
Eyni məhəllədən olan fəal icma qadınlarının özünədəstək qrupunun yaradılmasına istiqamətlənən bu addım onların iqtisadi baxımdan güclənməsinə yönəldilib. “ARZU“ Qadın İnkişaf Qrupunun üzvləri bir araya gələrək, yerli bələdiyyənin dəstəyi ilə xalça toxuculuğu, eləcə də şirniyyat evinin yaradılmasına nail olublar. Məhz həmin icmalardan olan gənc kadrlar İcma Biznes Təbliğatçıları qismində AzKİL-in təşkil etdiyi təlimlərə qatılıblar. Layihənin məqsədi işçi heyəti ilə birlikdə Sumağallı kəndində biznes inkubatoru yaratmaqla, Qadın İnkişaf Qrupları tərəfindən qurulmuş müəssisələrə yerlərdə biznesin inkişafı xidmətlərini göstərməkdir.
4 oktyabr 2018-ci il tarixdə Sumağallı kəndində fəaliyyət göstərən “ARZU“ Qadın İnkişaf Qrupu ilə yerli kənd bələdiyyəsi və Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) arasında üçtərəfli əməkdaşlıq sazişinin imzalanması mərasimi keçirilib.
Tədbirdə AzKİL-in direktoru Sübhan Əsgərov, direktor müavini Gülbəniz Qənbərova, rayon İcra Hakimiyyətinin şöbə müdiri Rüstəm Səmədov, Sumağallı bələdiyyəsinin sədri Ata Rəsulov, “ARZU“ Qadın İnkişaf Qrupunun sədri Arzu Mirzəyeva, qrupun 20 nəfər üzvü və digər qonaqlar iştirak ediblər. Tədbiri AzKİL-in direktoru S.Əsgərov açaraq layihə haqqında geniş məlumat verib.
Sonra rayon İcra Hakimiyyətinin şöbə müdiri R.Səmədov çıxış edərək qonaqları salamlayıb, layihənin İsmayıllı rayonuna saldıqlarına görə rayon İcra Hakimiyyəti başçısı adından minnətdarlığın bildirib. Qeyd edib ki, rayon İcra Hakimiyyəti həmişə özəl sahənin inkişafına, eyni zamanda “ARZU“ Qadın İnkişaf Qrupunun fəaliyyətinə dəstək duracaqdır.
Əməkdaşlıq sazişinin imzalanmasında məqsəd “ARZU“ Qadın İnkişaf Qrupunun iqtisadi gücünün artırılmasına yönəldilmiş qrant məbləğinin ayrılması olub.
Namiq Kərimov

 

Şərh Yaz