Sürücülərə bayraq verilib

Sürücülərə bayraq verilib İsmayıllı Rayon Gənclər və İdman İdarəsi bayramlarda, tarixi, əlamətdar günlərdə maraqlı, yaddaqalan tədbirlərin keçirilməsində əsaslı təcrübəyə malikdir. Belə ki, öncədən hazırlanmış tədbirlər planına uyğun olaraq vaxtaşırı müxtəlif, əlamətdar tarixlərdə məzmun və qayəsi ilə seçilən fərqli tədbirlər həyata keçirilir.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsi İsmayıllı Rayon Polis Şöbəsi ilə birgə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Hər sürücüyə bir bayraq” aksiyası keçirib. Həmin gün Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılan sürücülərə səmimi şəkildə tutulan iradlardan sonra bayraqlarımız təqdim olunub. Keçirilən aksiya sürücülər tərəfindən də maraqla qarşılanıb.
“İsmayıllı xəbərləri”

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi bayramlarda, tarixi, əlamətdar günlərdə maraqlı, yaddaqalan tədbirlərin keçirilməsində əsaslı təcrübəyə malikdir. Belə ki, öncədən hazırlanmış tədbirlər planına uyğun olaraq vaxtaşırı müxtəlif, əlamətdar tarixlərdə məzmun və qayəsi ilə seçilən fərqli tədbirlər həyata keçirilir.

Şərh Yaz