Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq

 

Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə geniş tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, təşkilatın Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək gül dəstələri qoydular, Ulu öndərin xatirəsinə ehtiramlarını bildirdilər.
Daha sonra tədbirdə Yeni Azərbaycan yaradılmasından ötən 26 il ərzindəki fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirildi.
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə geniş tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, təşkilatın Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək gül dəstələri qoydular, Ulu öndərin xatirəsinə ehtiramlarını bildirdilər.
Daha sonra tədbirdə Yeni Azərbaycan yaradılmasından ötən 26 il ərzindəki fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.
Daha sonra YAP İsmayıllı rayon təşkilatının sədr müavini Məhərrəm Əhmədov, Zaur Muradov və İvanovka bələdiyyəsinin sədri Oleq Radayev çıxış edərək Yeni Azərbaycan Partiyasının təsis olunmasından, həmçinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının ilk iclaslarından bəhs etdi. Ümummilli lider Heydər Əliyevin siyasi strategiyası və cənab prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının əvəzsiz rolu olduğunu söylədilər.
YAP İsmayıllı Rayon Təşkilatı Gənclər Birliyinin sədri Qönçə Ağazadə, YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova tədbirdə çıxış edərək partiyanın qadınların inkişafı, cəmiyyətdəki yeri və rolunun artırılması istiqamətindəki səylərindən danışdı. YAP-ın qadınların ictimai-siyasi proseslərdə daha yaxından iştirak etməsi üçün bir sıra uğurlu layihələrə imza atdığını və bu mənada YAP İsmayıllı rayon təşkilatının nailiyyətlərinin də danılmaz olduğunu söylədi.
Dövlət qulluğu veteranı Valeh Salehov tədbirdə nitq söyləyərək ulu öndər Heydər Əliyevin Naxçıvanda çalışdığı vaxtlara nəzər saldı. Xalqımızın ona olan böyük inam və etimadından, ona bəslədilən güvənindən bəhs etdi. Azərbaycan xalqının Heydər Əliyevə əsl qəhrəman, xilaskar kimi baxıldığını və onun ölkəmizə rəhbərlik edəcəyi təqdirdə bütün problemlərimizin öz həllini tapacağına ümidlər bəslənildiyini söylədi. Bəli, xalq öz inamında və seçimində yanılmamışdı. 91 nəfər Azərbaycan ziyalısı xalqın ümumilikdə istəyini müraciətlərində əks etdirərək ümummilli lider Heydər Əliyevə ünvanladı. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə müsbət cavabı, eyni zamanda yeni yaradılacaq partiyanın siyasi səhnəyə Yeni Azərbaycan Partiyası kimi daxil olması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verdi. Ondan ötən müddət ərzində istər partiyamız, istərsə də onun rayon təşkilatları, xüsusilə YAP İsmayıllı rayon təşkilatı uğurla inkişaf etməyə başladı.
Tədbirdə yekun nitq söyləyən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırdı. Dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək. Dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaratdığını bildirdi. Bu gün ölkəmizin dünyada söz sahibi bir ölkə olduğunu, bütün sahələr üzrə dinamik və məqsədyönlü uğurlara imza atdığını qeyd edərək bütün bunları iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi adlandırdı. Xalqımızın yaxın keçmişini unutmadığını və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin düşdüyü çox ağır vəziyyətdən nicat tapdığını vurğuladı. Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edildi. YAP İsmayıllı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və partiyanın yaradılmasının 26 illik yubileyi münasibətilə bir qrup partiya fəalı təltif olundu.
Ramid Qasımov

 

Şərh Yaz