KRVİ –“ (kəskin respirator virus infeksiyaları) –“ qrip

KRVİ- qrip çox sürətlə və geniş yayılmasına, müxtəlif növ mikroorqanizmlər tərəfindən törədilməsinə, kliniki əlamətlərin aşkarlığına, spesifik diaqnoz və müalicə vasitələrinin məhdudluğuna görə fərqlənirlər. Bu xəstəliyə bütün il boyu rast gəlinsə də,
əsasən mövsümü dəyişikliklər dövrü, yəni payız-qış ayları və yazın əvvəlində xeyli çoxalır. Kütləvi xəstələnmə əmək qabiliyyətli əhalini və məktəblilərin sağlamlığını müvəqqəti də olsa geniş şəkildə pozaraq istehsalat və təhsil proseslərinə ciddi təsir göstərir.
KRVİ –“ (kəskin respirator virus infeksiyaları) –“ qrip   KRVİ- qrip çox sürətlə və geniş yayılmasına, müxtəlif növ mikroorqanizmlər tərəfindən törədilməsinə, kliniki əlamətlərin aşkarlığına, spesifik diaqnoz və müalicə vasitələrinin məhdudluğuna görə fərqlənirlər. Bu xəstəliyə bütün il boyu rast gəlinsə də,
əsasən mövsümü dəyişikliklər dövrü, yəni payız-qış ayları və yazın əvvəlində xeyli çoxalır. Kütləvi xəstələnmə əmək qabiliyyətli əhalini və məktəblilərin sağlamlığını müvəqqəti də olsa geniş şəkildə pozaraq istehsalat və təhsil proseslərinə ciddi təsir göstərir.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2018-2019-cu ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktiki tədbirlərin gücləndirilməsi barədə” 03 oktyabr 2018-ci il tarixli, 70 saylı əmr imzalamışdır.
Əmrə əsasən ərazi tibb müəssisələrinin rəhbərlərinə qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması təşkil edilməli, qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün stasionarlarda xüsusi palataların ayrılması, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal ərazi Gigiyena və Epidemiologiya Mərkəzinə verilməsi, profilaktiki dezinfeksiya işinin gücləndirilməsi tapşırılmışdır.
Qrip – müxtəlif tip viruslar tərəfindən törədilən ümumi intoksikasiya əlamətləri, qısa qızdırma dövrü və yuxarı tənəffüs yollarının kəskin iltihabı ilə gedən xəstəlikdir.
Qripin kliniki mənzərəsini 1403-cü ildə ilk dəfə Fransız alimi Eten Paskey təsvir etmiş, xəstəliyin ilk törədicisini isə 1933-cü ildə U.Smith kəşf etmiş, bunu A virusu adlandırmışdır. Sonradan 1940-cı ildə B, 1947-ci ildə C virusu tapılmışdır. Başqa viruslardan fərqli olaraq qripin törədiciləri öz antigen və bioloji xüsusiyyətlərini tez-tez dəyişir.
Qrip virusları yüksək temperaturun, günəş şüasının və dezinfeksiyaedici maddələrin təsirinə davamsızdır. Əksinə olaraq mənfi temperatur nə qədər aşağı olarsa, onlar daha çox inkişaf edirlər. Orqanizmdə virusların inkişafına 2 faktor mənfi təsir göstərir: – yüksək qızdırma və interferon .
Qrip tipik antroponoz xəstəlikdir. İnsanlar qripə hava-damcı yolu ilə yoluxur. Yuxarı tənəffüs yollarının seliyində olan çoxlu miqdarda virus asqırma, öskürmə və danışıq zamanı 1,5, 2 metr məsafəyə yayılır. Bütün yaşlarda orqanizm qripə yüksək dərəcədə həssas olur. Qripin yoluxuculuq dövrü 3-5 gündən çox çəkmir. İmmunitet güclü olsa da az davam edir.
Qrip virusları yuxarı tənəffüs yollarının selikli qişasının səthi epitel hüceyrələrində çoxalır. Nəticədə, selikli qişanın səthi epiteli dağılır, selikli qat mühafizəsiz qalır. Tənəffüs yollarında toplanmış virus, toksin, başqa zəhərli maddələr, bakteriyalar asanlıqla qana keçir. Qripə məxsus əsas patoloji anatomok dəyişiklik ancaq burunun, udlağın, traxeya və bronxların selikli qişalarında tapılır.
Hazırda qripin tipik və atipik gedişli formalarına rast gəlinir. Tipik forma intoksikasiya sindromu ilə başlayır və 1-2 gün ərzində kataral sindromda qoşulur. Atipik qripdə isə sindromlardan biri olmur, ya da zəif əlamətlərlə özünü göstərir.
Xəstəlikdə gizli dövr bir neçə saatdan 1-2 günə qədər çəkir. Əlamətlər qəfildən başlayır, ilk saat ərzində kəskin intoksikasiya, baş ağrısı, yüksək qızdırma, damaqda və boğazda quruluq və qaşınma hissi, quru öskürək əmələ gəlir. Burun tənəffüsü xeyli çətinləşir. Əsasən başın alın, qaşüstü və gicgah nahiyələrində göz almalarında, gözün dibində, beldə şiddətli ağrılar olur. Xəstəliyin 2-3 günlərində qrip üçün xarakterik olan – asqırma, öskürmə, damaqda quruluq, göynəmə hissi başlayır. Öskürək əvvəlcə quru, sonra selikli , faringit, laringit, traxeit, bronxit və pnevmaniya ağırlaşmalarında irinli bəlğəmli olur, gözdə yaş, burunda selik ifrazı güclənir. Bəzən burun və dodaqlar uçuqlayır. Bir sıra hallarda qızdırma 40-410 S-yə çatır, daimi xarakter daşıyır və sonra qəflətən normaya düşür, güclü tərləmə olur. Qripdən sonra uzun müddət yorğunluq, tərləmə, yuxu pozğunluğu və iştahasızlıq qalır.
Uşaqlar və yaşlılar əsasən qripin ağır və ildırımvari formalarına tutulurlar. Ən çox bir yaşa qədər uşaqlarda qripin ağırlaşmalarından –“ pnevmaniya xüsusilə təhlükəlidir. Tənəffüs yollarının irinli iltihabı qrip üçün daha xarakterikdir. Qripli uşaqlarda plevritə, ağ ciyər absesinə, otitə, pielonefritə və sistitə tez-tez rast gəlinir.
Qriplə yoluxmuş şəxslər xəstəliyin kəskin dövründə mütləq yataq rejimində olmalıdırlar. Yataq rejimi ən azı 5 gün olmalıdır. Bu bir tərəfdən xəstəliyin yayılmasının qarşısını alır, digər tərəfdən isə xəstənin tez sağalmasına səbəb olur. Otaq isti olmalı, havası tez-tez dəyişdirilməlidir. Xəstə isti vannadan, keyfiyyətli vitaminlərlə zəngin qidalardan intoksikasiyanı azaltmaq üçün isə tərqovucu zoğal, moruq qarışdırılmış isti çay və mayelərdən istifadə etməlidir.
Xəstəliyin müalicəsində remontadin, interferon, qrip əleyhinə xüsusi qammaqlobulin preparatlarından istifadə olunur.
Xəstəliyin profilaktikasında orqanizmin müqavimətinin artırılması əsas şərtlərdən biridir. Bunun üçün səhərlər idman etmək, tez-tez təmiz havada olmaq, bədəni yaş dəsmalla silmək lazımdır. Eyni zamanda, profilaktika məqsədilə fitonsidlərlə zəngin olan soğan və sarımsaqdan istifadə edilməlidir.
Bir daha əhalinin nəzərinə çatdırırıq ki, qrip xəstəliyinin ilk əlamətlərini hiss edən kimi mütləq həkimə müraciət edin.
X.Qəmbərov,
İsmayıllı rayon GEM-nin direktoru

KRVİ –“ (kəskin respirator virus infeksiyaları) –“ qrip

Şərh Yaz