Fəaliyyət müzakirə olunub

Oktyabrın 5-də İsmayıllı Peşə Tədris Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin İdarəetmə Komitəsinin 2-ci iclası keçirilib.
Tədbirin əsas məqsədi layihə çərçivəsində görülən işlər və növbəti dövr üçün həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin müzakirəsi olub. İclasda Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, GİZ-in nümayəndələri, eləcə də peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti iştirak edib.

Fəaliyyət müzakirə olunubOktyabrın 5-də İsmayıllı Peşə Tədris Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin İdarəetmə Komitəsinin 2-ci iclası keçirilib.
Tədbirin əsas məqsədi layihə çərçivəsində görülən işlər və növbəti dövr üçün həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin müzakirəsi olub. İclasda Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, GİZ-in nümayəndələri, eləcə də peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti iştirak edib.
Tədbirdə GİZ-in nümayəndələri tərəfindən layihənin gedişatı barədə ümumi məlumat verilib, görülən işlərə dair hesabatlar təqdim olunub. Qeyd edək ki, layihə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən (GİZ) icra olunur.
R.Mirzəliyev

Fəaliyyət müzakirə olunub

Şərh Yaz