Konstitusiya günü qeyd olunub

İsmayıllı Rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.Konstitusiya günü qeyd olunub
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin direktoru Rusan Qasımov Konstitusiyanın ali qanun kimi ölkə vətəndaşlarının taleyindəki rolunu diqqətə çatdırıb. Ölkəmizin müstəqillik uğrunda tarixboyu apardığı mübarizədən, millətimizin tarixi gələcəyi, tərəqqisi və inkişafı üçün böyük əhəmiyyət kəsb edən Konstitusiyanın hazırlanmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.Konstitusiya günü qeyd olunub
Digər çıxışlarda da vurğulanıb ki, ulu öndər Konstitusiyamızın hazırlanmasında həm milli, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürüb. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk milli Konstitusiyası qəbul olunub.
Tədbir məktəblilərin təqdimatında şeirlərin səsləndirilməsi ilə başa çatıb.Konstitusiya günü qeyd olunub
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh Yaz