Minnətdarlıq

Avqustun 18-i, axşam saat 7 olardı, toy təzə başlamışdı. Qəfildən halım çox pis oldu, sinəm göynədi. Mədə xəstəsi olduğumdan dərman həmişə cibimdə olur, qəbul edib sakitləşirdim.
Amma bu dəfə elə olmadı. Toyu yarmçıq qoyub evə döndüm. Sol qolum tamam keyləşdi, kürəyim dartıldı. Baş verənləri anlamır, ağrıdan qovrulurdum.
Minnətdarlıq Təcili yardım çağırdıq. Növbətçi həkim Firidun Abbasov idi. Mədəmin ağradığını dedim. Müayinə etdi, mədə məsələsinə oxşamır dedi və kardioloq həkimin müayinəsindən keçməyi məsləhət bildi.
Sağ olsun, F.Abbasov görünür məsələni anlamışdı və məni dərhal xəstəxananın reanimasiya şöbəsinə gətirdilər – infarkt diaqnozu ilə.
Reanimasiya şöbəsində 10 gün qaldım. Bu günlərdə tibb işçilərinin necə də professionallıqla çalışdıqlarını gördüm. Oraya sözün həqiqi mənasında, xəstələri ölü gətirib, diri çıxarırdılar. Reanimasiya şöbəsində həyatla ölüm arasında əsil mübarizə aparanları gördüm. Г‡ox sevindim ki, rayonumuzda belə bacarıqlı, gözəl tibb işçiləri var.
Hörmətli redaksiya! Qəzetiniz vasitəsi ilə İsmayıllı Rayon Mərkəzi xəstəxanasının həkimlər Firudin Ağayevə, Firidun Abbasova, Nərgiz Rəhimovaya, reanimasiya şöbəsinin tibb bacılarına və xidmət heyətinə dərin minnətdarlığımı çatdırmağınızı xahiş edirəm. Yenidən həyata qayıtmağımda onların böyük zəhmət payları var.
Tahir Rəcəbov,
şəhər sakini

Şərh Yaz