Təhsil ocaqlarında yeni dərs ili tədbirləri

Sentyabrın 17-də İsmayıllı Peşə Tədris Mərkəzində (PTM) yeni dərs ilinin başlaması ilə əlaqədar tədbir keçirilib.
Tədbiri təhsil müəssisəsinin Zaur Muradov açıb, şagirdləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, görülmüş işlər, qarşıda duran vəzifələr barədə danışıb.
Təhsil ocaqlarında yeni dərs ili tədbirləri                   RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov rayon rəhbərliyi adından PTM-nin şagird-müəllim heyətini təbrik edib, cənab Prezidentin təhsilimizə göstərdiyi diqqət və qayğı, dövlətin apardığı uğurlu təhsil siyasəti barədə tədbirə toplaşanlara məlumat verib. Şagirdlərə yaxşı təhsil almağı, əsil vətəndaş kimi yetişməyi tövsiyə edib.
PTM-də keçirilən tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi Rauf Feyzullayev və Alman əməkdaşlığı dual peşə təhsil sisteminin nümayəndəsi Məhəmməd Məmişzadə, valideynlər və müxtəlif rayonlardan gələn qonaqlar iştirak ediblər.
Peşə Tədris Mərkəzinin sinif otaqları, kitabxanası və s. ilə tanışlıq həyata keçirilib.
Rəşid Mirzəliyev

Şərh Yaz