Yapon qonaqlar yola salınıb

Yaponiyanın İto şəhəri ilə İsmayıllı rayonu arasında dostluq əlaqələri getdikcə möhkəmlənir.Yapon qonaqlar yola salınıb                             Bu günlərdə Yaponiyadan gələn nümayəndə heyəti səfər proqramına uyğun olaraq İsmayıllı şəhəri, Lahıc və Basqal qəsəbələri, İvanovka kəndi ilə tanış olub, bir neçə ailədə qonaq qalıblar.
Ailələrdə mehribanlıqla qarşılanan yaponiyalı qonaqlar milli mətbəximiz, adət-ənənələrimizlə yaxından tanış olublar.
Proqrama uyğun olaraq onlar Qəbələ və Şəki rayonlarına da səfər ediblər. Yolasalma mərasimində müəllim Kazuko İşida qonaqpərvərliyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, şəhər 6 nömrəli tam orta məktəbinin rəhbərliyinə və bütün ismayıllılılara minnətdarlığını bildirib. O, İsmayıllıdan xoş təəssüratlarla ayrıldıqlarını vurğulayıb.
24 avqust 2018-ci il tarixdə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Yolasalmada iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu qarşılıqlı proqramın daha da genişləndirilməsinin vacibliyini bildirib. Qonaqları rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi, Yaponiyaya səfər etmiş şagirdlərimiz yola salıblar.
G.Baxışova

Şərh Yaz