Əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfə

İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq Mübadiləsi Haqqında Saziş” çərçivəsində “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü –“ qrup rəhbəri Kazuko İşida və 2 şagird – Sakurako Ota, Ai Totsuka İsmayıllıya gəliblər. Əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfə
Əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfə                              Onlarla yanaşı İnternational Homestay klubunun üzvləri olan, o cümlədən İsmayıllı rayonundan gedən nümayəndə heyətinin qaldıqları evin sahibləri Moriyasu Kato və Asako Kato rayona səfər ediblər. Səfərin məqsədi rayonun milli mətbəxi, zəngin mədəniyyəti və adət ənənəsi ilə tanışlıq xarakteri daşıyır.
Yapon qonaqlar rayon İcra Hakimiyyətində qarşılanıb. Görüşdə RİH başçısının müavinləri, RTŞ-nin müdir müavini, Yaponiyaya getmiş nümayəndə heyəti və şagirdlər iştirak ediblər.
RİH başçısının birinci müavini Rövşən Ağayev qonaqları salamlayıb. Onlara rayon haqqında məlumat verərək bildirib ki, İsmayıllı İto şəhəri ilə əməkdaşlığa uyğun olaraq əlaqələr qurub. Bu əlaqələr təhsil sahəsində daha geniş şəkildə davam etdirilir.
RİH başçısının birinci müavini R.Ağayev qonaqlara hədiyyələr təqdim edib.
Öz növbəsində, Yaponiyadan gəlmiş nümayəndə Kazuko İşida və Moriyasu Kato göstərilən xüsusi diqqət və yüksək qonaqpərvərliyə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını ediblər. İsmayıllıda olduqlarından məmnun qaldıqlarını bildiriblər.
Yaponiyadan gələn nümayəndə heyətinin üzvləri proqramda nəzərdə tutulmuş bir neçə ailədə qonaq qalıblar, avqustun 12-dən 24-dək rayonla tanış olmaq imkanı əldə ediblər. Yapon qonaqların bu səfəri İsmayıllının beynəlxalq əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfə olub.
Mehman Zeynalov

Şərh Yaz