2018-ci ilin birinci yarsında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı haqqında

Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2018-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 100807,5 min manat, müqayisəli qiymətlərlə 98217,6 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artmışdır. 2018-ci ilin birinci yarsında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı haqqında    Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 28,8 faiz artaraq 1087,2 manata çatmışdır. Məhsul və xidmətlərin 70,1 faizi istehsal sahələrinin, 29,9 faizi isə xidmət sahələrinin payına düşür.
Hesabat dövründə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 31,0 milyon manatlıq və ya ümumi məhsulun 30,8 faizi, sənayedə 3,3 milyon manatlıq (müvafiq olaraq 3,6 faiz), tikinti 36,3 milyon manatlıq (35,9 faiz), rabitədə 0,5 milyon manatlıq (0,5 faiz), nəqliyyatda 1,5 milyon manatlıq (1,5 faiz), ticarət və xidmət sahəsində 28,2 milyon manatlıq (27,9 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.
Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 7,3 faiz artmış, tikinti istehsalı 2,2 dəfə, rabitə 10,7 faiz artmış, nəqliyyat 0,8 faiz azalmış, sənaye məhsulunun istehsalında 16,7 faiz, ticarətdə isə 1,1 faiz yüksəlmə qeydə alınmışdır.
Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 48 baş artaraq 51533 baş, qoyun-keçilərin sayı 106 baş artaraq 178982 baş, donuzların sayı isə 85 baş artaraq 294 baş olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 28 ton, süd istehsalı 26 ton, yumurta istehsalı 971 min ədəd artmışdır. Hesabat dövründə 3,9 ton barama, 408 ton yun istehsal olunmuşdur.
Cari ildə havaların əlverişli keçməsi həmin sahələrdən yüksək məhsuldarlıq əldə etməsinə şərait yaratmışdır. Artıq taxıl biçininə başlanılmış və məhsul toplanışı davam edir. 2018- ci il iyul ayının 01 tarixinə 5190 hektar sahədən 16235,3 ton taxıl yığılmışdır. Məhsuldarlıq 31,3 sentner olmuşdur. Biçilmiş taxılın 9174 tonunu buğda, 7061,3 tonunu isə arpa məhsulu təşkil etmişdir. Buğdanın məhsuldarlığı 33,0 sentner, arpanın məhsuldarlığı isə 29,3 sentner olmuçdur. Hesabat dövründə sahələrdən 1469 ton tərəvəz, 609 ton meyvə toplanmışdır.
2018-ci ilin yanvar-iyun ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 3351 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 127,7 faiz təşkil edir. Sabit qiymətlərlə isə sənayedə keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz artma müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 4,4 faiz çox, 28,6 milyon kilovat saat elektrik enerjisi, 0,6 milyon kub metr az, 15,5 milyon kub metr qaz istehlak olunmuşdur.
Bu ilin ilk 6 ayında rayonda 4243,7 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,0 dəfə çoxdur. Hesabat dövründə əsas kapitala 39387,6 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 91,0 faiz çox təşkil etmişdir. Rayonun tikinti təşkilatları tərəfindən bu ilin 6 ay ərzində 3702,1 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki dövrdən 12149,9 min manat azdır.
Hesabat ilinin altı ayında rayon əhalisinə 85370,0 min manatlıq istehlak malları satılmış, 13450,0 min manatlıq əhaliyə pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 2,3 faiz çox, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə müqayisəli qiymətlərlə 3,8 faiz çox təşkil etmişdir.
Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 470,8 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 10,7 faiz çoxdur.
01 iyul 2018-ci il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq əmək haqqı ilkin məlumatlara əsasən 283,1 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 6,9 faiz yüksək olmuşdur.
2018-ci ilin yanvar-iyun aylarında yeni açılmış iş yerlərinin sayı 645 vahid təşkil etmişdir ki, bunun da 310-u mövcud müəssisə və təşkilatlarda, 335-i isə fiziki şəxslərdə olmuşdur. Möcud müəssisə və təşkilatlarda açılmış iş yerlərinin 284-ü (44,0 faiz) əsasən xidmət və tikinti sahələrində qeydə alınmışdır.
2018-ci ilin iyul ayının 01 vəziyyətinə ilkin məlumatlara görə əhalinin təbii və miqrasiya göstəricilərinə əsasən hesablanmış sayı 86288 nəfər olmuşdur. Bu dövrdə əhalinin sayı 177 nəfər artmışdır ki, bu da əsasən təbii artım hesabına olmuşdur. Rayon əhalisinin 67,54 faizi yəni 58279 nəfəri kənd yerində, 32,46 faizi 28009 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Rayon əhalisinin 50,37 faizini kişilər, 49,63 faizini qadınlar təşkil edir. İsmayıllı rayonunun əhalisi son 6 ayda 0,2 faiz və ya 177 nəfər artmışdır. Bundan başqa rayonda 725 qaçqın ailəsində 2998 nəfər, 874 məcburi köçkün ailəsində isə 3436 nəfər məcburi köçkün məskunlaşmışdır.
2018-ci ilin yanvar-iyun aylarında rayonda 472 körpə doğulmuş 288 nəfər isə ölmüşdür, 1 yaşa qədər ölən uşaqların sayı 1 nəfər olmuşdur. Hesabat dövründə əhalinin təbii artımı 184 nəfər, ümumi artımı isə 177 nəfər təşkil etmişdir.
2018-ci ilin yanvar-iyun aylarında rayonda 162 nigah bağlanmış, 42 nigah isə pozulmuşdur.
Əziz Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz